RU

Finlandiya XİN: “Ukraynaya yardımla bağlı imkanlarımız tükənib“

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Finlandiyanın Ukraynaya yardım etmək imkanları tükənib".

Moderator.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen "Yle" teleradio şirkətinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Finlandiya artıq öz ehtiyatlarından Ukraynaya mümkün olan hər şeyi, o cümlədən müdafiə təyinatlı materialları və enerji böhranının aradan qaldırılması üçün yardımları göndərib.

E.Valtonen vurğulayıb ki, hazırda ən vacib məsələ Avropa İttifaqının (Aİ) Ukrayna üçün nəzərdə tutduğu, lakin daha əvvəl Macarıstan tərəfindən bloklanan 90 milyard avroluq yardım paketinin işə salınmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
3
moderator.az

4Источники