RU

Biləsuvarda tanınmış mexanizator qadın dünyasını dəyişdi

Biləsuvar rayonunda uzun illər mexanizator kimi fəaliyyət göstərmiş Zəri Qurbanova 75 yaşında, davam edən xəstəlik səbəbilə vəfat edib.

Bizim.Media xəbər verir ki, Zəri Qurbanova illər boyu kolxoz təsərrüfatında, xüsusilə pambıqçılıq sahəsində çalışıb.

Kombayn idarə edərkən əldə etdiyi yüksək nəticələrlə seçilən əmək veteranı hər mövsüm yüzlərlə ton pambıq yığaraq bölgədə zəhmətkeş və fədakar insan kimi tanınıb.

Onun səmərəli əməyinə dövlət səviyyəsində də qiymət verilib və Zəri Qurbanova “Əmək rəşadəti” nişanı ilə təltif olunub.

Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
1
6
bizim.media

10Источники