RU

Azərbaycanlı bacı-qardaş qızıl medal qazandı

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycan yığması növbəti medal qazanıb.

News365.az xəbər verir ki, batut gimnastikası üzrə qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü birinci yerə çıxıb.

Aktivinə 52.080 xal yazdıran cütlük qızıl medala layiq görülüblər. 50.680 xal toplayan İvan Litvinoviç-İana Lebedeva cütlüyü gümüş, 49.690 xal toplayan Kiril Panteleyev-Sofia Aliyayeva cütlüyü isə bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl batut gimnastikası üzrə fərdi proqramda çıxış edən gimnastımız Selcan Mahsudova gümüş, tamblinq gimnastikası üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlüyü və sinxron kişilər proqramında Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü bürünc medal qazanıb.

Избранный
13
news365.az

1Источники