RU

“Nyukasl” – “Qarabağ” oyununun hakimləri açıqlanıb


UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl” ilə “Qarabağ” arasında İngiltərədə keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Yeniavaz.com
 xəbər verir ki, fevralın 25-nə planlaşdırılan qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Davide Massa olacaq. Ona yan xətdə Filippo Meli və Stefano Alassio kömək edəcəklər.
Dördüncü hakim vəzifəsini Luca Pairetto icra edəcək. VAR sistemində isə Daniele Chiffi və Christian Dingert fəaliyyət göstərəcək.
Избранный
16
yeniavaz.com

1Источники