RU

"Napoli" səfərdə "Atalanta"ya uduzdu

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 26-cı turunun "Atalanta" və "Napoli" komandaları arasında keçirilən oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Stadio Jewiss - Atleti Azzurri d'Italia" stadionunda keçirilən görüş ev sahibi komandanın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların müdafiəçisi Sem Bukema 18-ci dəqiqədə hesabı açıb. İkinci hissədə Atalantanın yarımmüdafiəçisi Mario Paşaliç 61-ci dəqiqədə bərabərlik qolunu vurub. 81-ci dəqiqədə ev sahibi komandanın yarımmüdafiəçisi Lazar Samardjiç komandasına üstünlük qazandırıb.

Hazırda "Napoli"nin aktivində 50 xalı var. 26 oyundan sonra Antonio Kontenin komandası A Seriyasında üçüncü yerdədir. 45 xalla "Atalanta" yeddinci yerdədir.

Избранный
30
90deqiqe.az

1Источники