RU

Ronaldo Səudiyyə Ərəbistanı liqasında qalacağını açıqladı

"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında qalmağı planlaşdırdığını bəyan edib.

Publika.az xəbər verir ki, onun sözlərini jurnalist Fabrisio Romano öz "X" səhifəsində paylaşıb.

"Biz Səudiyyə Ərəbistanı ilə bir bütövük. Burada qalmaq istəyirəm. Bu ölkə məni, eləcə də ailəmi və dostlarımı qəbul etdi. Burada xoşbəxtəm, burada oynamağa davam etmək istəyirəm", - deyə Ronaldo bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın Ronaldonu Amerikada çıxış etməyə dəvət etdiyi məlum olmuşdu.

"Ronaldo, sən bütün zamanların ən böyük oyunçusan, sən bizə Amerikada lazımsan. Elə indi yola düş, sən bizə təcili lazımsan!" — deyə Tramp bəyan edib.

Избранный
36
publika.az

1Источники