RU

Səhər oyanan kimi telefona baxanlara pis xəbər

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhər gözümüzü açan kimi telefona uzanır, gün ərzində yüzlərlə dəfə ekranı yoxlayır və gecə yatmazdan əvvəl son dəfə sosial şəbəkələrdə gəzişirik. Türkiyəli professor Murad Kurt artıq vərdişə çevrilən bu rəqəmsal rutinin diqqət və yaddaş proseslərimizə ciddi təsir etdiyini bildirir. Onun sözlərinə görə, hətta telefonun masanın üzərində sönülü vəziyyətdə durması belə insanın zehni fəaliyyətini aşağı salır.Demokrat.az xəbər verir ki, rəqəmsal dövrün gətirdiyi sürətli məzmun istehlakı və bitmək bilməyən bildiriş axını qısamüddətli həzz yaratsa da, gələcəkdə ciddi fəsadlara yol açır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaqlar üçün ekran vaxtı ilə bağlı məhdudiyyətləri məsələnin qlobal miqyasda nə dərəcədə təhlükəli olduğunu göstərir. Tədqiqatlar sübut edir ki, sosial mediadan nəzarətsiz istifadə xüsusilə uşaq və yeniyetmələrdə diqqət dağınıqlığına və fokuslanma müddətinin qısalmasına səbəb olur.Problemli sosial media istifadəsi gündəlik həyatda dalğınlıq və unutqanlığı artırır. Bu hal çox vaxt "nəyisə qaçırmaq qorxusu" (FoMO) ilə əlaqələndirilir. Professor qeyd edir ki, beyin potensial mükafat siqnalı olan bildirişləri görməzdən gələ bilmir. Telefon yanımızda olanda zihnimiz daim gələcək xəbərdarlıqlara köklənmiş vəziyyətdə qalır. Bu da hər hansı işə tam diqqət ayırmağa mane olur.Yaddaş bir növ əzələ kimidir, inkişafı üçün təkrar və diqqət tələb edir. Davamlı məzmun dəyişikliyi və qısa videolar öyrənmə prosesini səthi edir. Mütəxəssislər bunu "rəqəmsal amneziya" adlandırırlar. İnformasiyanın hər an əlçatan olması onu yadda saxlamaq istəyini azaldır. Artıq məlumatın özünü deyil, onu harada tapacağımızı xatırlamağa çalışırıq ki, bu da yaddaş mexanizmlərimizi zəiflədir.Mövcud vəziyyətdən çıxış yolu texnologiyadan tamamilə qaçmaq deyil, onu idarə etməkdir. Ekspertlər bildirişləri söndürməyi, telefonu göz önündən uzaq tutmağı və yatmazdan azı bir saat əvvəl ekranla təması kəsməyi məsləhət görürlər. Gün ərzində telefonsuz saatlar təyin etmək və kitab oxumaq kimi yaddaşı aktiv saxlayan fəaliyyətlər zehni qorumağın ən yaxşı yoludur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
demokrat.az

1Источники