RU

ABŞ-ın yeni rüsumları iki ölkənin xeyrinə oldu

ABŞ-ın idxal rüsumlarını artırması Çin və Braziliya üçün faydalı ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumatların təhlilinə istinadla yazır.

ABŞ Prezidenti Donald Tramp bütün ölkələr üçün baza rüsum dərəcəsinin 10 faizdən 15 faizə qədər artırıldığını elan edib. Lakin nəşrin məlumatına görə, bir sıra dövlətlər üçün faktiki yük azalacaq.

Belə ki, Braziliya üçün orta rüsum səviyyəsi 13,6 faiz bəndi, Çin üçün isə 7,1 faiz bəndi azala bilər. Potensial fayda əldə edəcək tərəflər arasında Vyetnam, Tailand və Malayziyanın da adları çəkilir. Söhbət ilk növbədə geyim, mebel, oyuncaq və plastik məmulatların tədarükündən gedir.

Избранный
12
publika.az

1Источники