"Liverpul" klubu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
"Far.Az" "Opta Sport"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi buna XXVII turda "Nottinqem Forest"i məğlub etdiyi matçda (1:0) nail olub.
Komandanın qələbə qoluna 90+7-ci dəqiqədə Aleksis Makallister imza atıb.
"Liverpul" cari mövsüm 90-cı və uzatma dəqiqələrində 7 dəfə qələbə topunu vurub. Bu, Premyer Liqa tarixində ilk belə göstəricidir.
Məhəmməd Salah isə hazırkı ölkə çempionunda antirekordla yadda qalıb. O, ardıcıl 9 oyundur ki, çempionatda fərqlənə bilmir. Bu, misirli forvardın Premyer Liqadakı ən uğursuz seriyasıdır.
Salah son olaraq noyabrın 1-də, "Aston Villa"ya qalib gəldikləri qarşılaşmada (2:0) qol vurub.