RU

Pezeşkian: “Sülhə sadiqik, amma istənilən ssenariyə qarşı bütün hazırlıqları görmüşük”

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi sülh və sabitliyə sadiqdir, eyni zamanda istənilən mümkün ssenariyə qarşı tam hazır vəziyyətdədir.

Editor.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian sosial media hesabında ABŞ ilə aparılan danışıqlar prosesinə dair yazılı açıqlama yayıb.

O qeyd edib ki, son müzakirələr zamanı tərəflər arasında konkret təkliflər qarşılıqlı şəkildə təqdim olunub və ümidverici siqnallar əldə edilib.

“İran regionda sülh və sabitliyə sadiqdir. ABŞ-ın atdığı addımları diqqətlə izləməyə davam edirik və istənilən mümkün ssenariyə qarşı bütün zəruri hazırlıqları görmüşük”, – deyə Pezeşkian vurğulayıb.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalına açıqlamasında ABŞ nümayəndə heyəti ilə nüvə məsələsi üzrə danışıqların cümə axşamı Cenevrədə keçirilə biləcəyini və bunun diplomatik həll üçün yaxşı imkan olduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az

Избранный
18
editor.az

1Источники