RU

Gecənin dəhşəti: 17 avtomobil bir-birinə girdi – VİDEO

Anadolu şossesinin Sakarya hissəsində 17 avtomobil toqquşub.

NOCOMMENT.az xəbər verir ki, baş verən zəncirvari yol qəzasında yeddi nəfər xəsarət alıb.

Ankaraya gedən yolun Erenler bölgəsində baş verən qəzada sərnişin avtobusu, yük maşını, mikroavtobus, minik avtomobilləri və yüngül kommersiya nəqliyyat vasitələri də daxil olmaqla ümumilikdə 17 nəqliyyat vasitəsinin iştirak etdiyi bildirilir.

Məlumatdan sonra hadisə yerinə çoxsaylı tibbi, yanğınsöndürmə, polis cəlb olunub. Yaralı yeddi nəfərə ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Qəzadan sonra magistral yolun Ankara istiqamətində hərəkət zolağı nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb və bu da ərazidə uzun növbələrə səbəb olub.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

@trthaber

♬ TRT Haber – orijinal ses – TRT Haber

Sara
NOCOMMENT.az

Избранный
13
nocomment.az

1Источники