RU

Azərbaycanın nəqliyyat inteqrasiyasına verdiyi töhfələr İƏT regionunun Avropa ilə əlaqələrini möhkəmləndirəcək - Baş katib (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycan Xəzər dənizi, Qafqaz və Mərkəzi Asiya arasındayerləşən coğrafi mövqeyindən istifadə edərək iqlim, energetika,kənd təsərrüfatı və sənaye sahələrində regional əməkdaşlığıntəşviqi məqsədilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsindəstrateji və proaktiv rol oynayır.

Bunu Trend-ə İƏT baş katibi,doktor Əsəd M. Xan bildirib.

O qeyd edib ki, Azərbaycan 3–4 iyul 2025-ci il tarixlərindəXankəndidə İƏT-in 17-ci Zirvə Toplantısına, həmçinin İƏT GənclərForumuna, İƏT Qadınlar Forumuna və İƏT Biznes Forumuna uğurla evsahibliyi edib.

“Zirvə çərçivəsində bir sıra çoxtərəfli forumlar keçirildi.Bunlara 2 iyul 2025-ci ildə Şuşada ““İnvestisiyaların və ticarətintəşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi”mövzusunda təşkil olunan 6-cı İƏT Biznes Forumu da daxil idi vəforum biznes liderlərini və investorları bir araya gətirdi. ZirvəAzərbaycanın Qarabağ bölgəsinin müxtəlif şəhərlərində keçirilmişdinamik və inklüziv “İƏT Həftəsi”nin yekunu oldu. Gənclər, qadınlarvə biznes forumlarında aparılan məzmunlu müzakirələr və əldə olunannəticələr Təşkilatın yeni strateji sənədi – “İqtisadi Əməkdaşlıqüzrə Strateji Məqsədlər – 2035” sənədinin əsasını təşkil etdi.

Azərbaycan Bakıda İƏT-nun Təmiz Enerji Mərkəzinə, həmçininregion iqtisadiyyatına dair məsələlər üzrə “İƏT İqtisadi Jurnalı”nınəşr edən İƏT İqtisadi Araşdırmalar Mərkəzinə ev sahibliyi edir. Buil Şuşa “İƏT Turizm Paytaxtı” titulunu daşıyır və bu çərçivədəşəhərin turizm potensialının təşviqi, eləcə də ölkənin turizmqurumları ilə birlikdə Qarabağ regionunun iqtisadi inkişafınındəstəklənməsi planlaşdırılır. 2026-cı ilin ikinci rübündə Şuşadageniş müşayiətedici tədbirlər proqramı ilə İƏT turizm nazirləriningörüşü də keçiriləcək”, – baş katib bildirib.

“Azərbaycan həmçinin İƏT Ticarət Sazişi (İƏTTS) üzrə DanışıqlarStrategiyası və Yol Xəritəsinin qəbulunda konsensusa qoşulub vəsazişin imzaçısı olmayan üzv dövlət kimi onun yenidən nəzərdənkeçirilməsi prosesinə qoşulmağa hazır olduğunu ifadə edib. İƏTKatibliyi bu addımı Azərbaycanın yenilənmiş və dahabalanslaşdırılmış İƏT Ticarət Sazişinə qoşulması üçün potensialimkan kimi qiymətləndirir. Bu saziş Təşkilatın azad ticarətzonasının yaradılması istiqamətində flaqman layihəsi hesabolunur.

Azərbaycan regional nəqliyyat bağlantılarının mərkəzi kimi çıxışedərək İƏT ölkələri arasında iqtisadi inteqrasiyanıngücləndirilməsində mühüm rol oynayır. Şərq–Qərb və Şimal–Cənub əsasmarşrutlarının kəsişməsində strateji mövqedə yerləşən ölkə iribazarlar arasında tranzit axınlarının inkişafına töhfə verir.Azərbaycan müasir nəqliyyat infrastrukturuna ardıcıl investisiyalaryatırır, xüsusilə dəmir yollarına, avtomobil magistrallarına vəXəzər dənizində liman infrastrukturuna xüsusi diqqət yetirir. Buisə İƏT dövlətlərini qlobal ticarət marşrutları ilə birləşdirənmultimodal nəqliyyat şəbəkəsinin formalaşmasına imkan yaradıb”, –deyə Əsəd M. Xan əlavə edib.

Baş katib bildirib ki, dəmir yolu və avtomobil nəqliyyatıdəhlizlərinin genişləndirilməsi və modernləşdirilməsi, həmçininliman əməliyyatlarının rəqəmsallaşdırılması daxil olmaqlainfrastrukturun davamlı inkişafı regional bağlantıların daha dagüclənməsinə xidmət edəcək. Elektron sənədlərin tətbiqi, “vahidpəncərə” sistemləri və texniki standartların uyğunlaşdırılmasıvasitəsilə gömrük və tranzit prosedurlarının sadələşdirilməsi dətranssərhəd daşımaların səmərəliliyini artıracaq.

Onun sözlərinə görə, əlavə olaraq, xüsusilə Orta Dəhliz vəŞimal–Cənub istiqamətləri üzrə yeni ticarət marşrutlarının inkişafınəqliyyat imkanlarının şaxələndirilməsinə və İƏT regionundatəchizat zəncirlərinin dayanıqlığının artırılmasına şəraityaradacaq.

“Azərbaycanın proaktiv liderliyi və islahatlara sadiqliyi onuregional iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvəsinəçevirir. Nəqliyyat dəhlizlərinin inkişafı üzrə təşəbbüslər, İƏT üzvdövlətləri ilə ticarət sazişləri, həmçinin Türkiyə və Pakistanlapreferensial ticarət razılaşmaları ölkəni İƏT regionunun logistikamərkəzinə çevirib.

İƏT Ticarət və İnkişaf Bankının (ETDB) üzvü olan Azərbaycan Banktərəfindən maliyyələşdirilən regional ticarət və infrastrukturlayihələrinin həyata keçirilməsində də iştirak edir.

2025-ci ilin dekabrında Azərbaycan İƏT Katibliyində elektronməlumat mübadiləsi (EDI) və tekstil materiallarının təsnifatxüsusiyyətlərinə dair təlim sessiyalarına uğurla ev sahibliyi edib.Bu tədbirlər müasir İT həlləri vasitəsilə gömrük prosedurlarınınoptimallaşdırılması və əməliyyat səmərəliliyinin artırılmasınayönəlib”, – deyə baş katib bildirib.

O əlavə edib ki, birgə səylər nəticəsində İƏT regionu effektivnəqliyyat əlaqələri, ticarətin sadələşdirilməsi, rəqəmsallaşma vətənzimləyici uyğunlaşma vasitəsilə “dəhlizlər regionuna” çevriləbilər və bu da coğrafi mövqeni ümumi rəqabətcil üstünlüyünədöndərmiş olacaq.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə etibarlı tərəfdaşkimi çıxış edir və daha inteqrasiya olunmuş, daha da çiçəklənənregion baxışının təşviqinə töhfə verir.

Qeyd etmək lazımdır ki, İƏT-in Təmiz Enerji Mərkəzi (CECECO)təşkilati formalaşmanın ilkin mərhələsini uğurla başa çatdırmış vəinzibati strukturlarını formalaşdırmışdır. Əsas mərhələlərsırasında 9 sentyabr 2025-ci il tarixində İdarəedici Şuranın ilkiclasının keçirilməsi, icraçı direktorun təyin olunması, ölkə iləSazişin imzalanması və Bakıda baş qərargahın açılması yer alır ki,bu da Mərkəzin tamdəyərli operativ fəaliyyətini təmin etmişolub.

İƏT Mərkəzi regional və beynəlxalq dialoqlarda fəal iştirakedir, üzv dövlətlər arasında bilik mübadiləsinin təşviqinə vəəməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir. “CECECO Clean EnergyHackathon” 2026 kimi flaqman təşəbbüslər və enerji səmərəliliyinintəşviqinə yönəlmiş informasiya kampaniyaları işə salınmışdır ki, buda gənclərin cəlb olunmasına və dayanıqlı enerji təcrübələrinintəşviqinə xidmət edir”, – deyə Əsad M. Xan bildirib.

Baş katibin sözlərinə görə, İƏT Mərkəzi fəaliyyətinin ilkinmərhələsində olmasına baxmayaraq, artıq gələcək layihələrin,tərəfdaşlıqların və regional təşəbbüslərin hazırlanması və həyatakeçirilməsi üçün möhkəm əsas yaradılıb.

“CECECO İƏT regionunda dayanıqlı enerji keçidi və təmiz enerjisahəsində əməkdaşlıq üçün unikal platformaya çevrilmək məqsədigüdür. Gələcəkdə Mərkəz bərpa olunan enerji və enerji səmərəliliyiüzrə regional və beynəlxalq forumlarda iştirakını genişləndirəcək,üzv dövlətlər arasında siyasi dialoqu və təcrübə mübadiləsinitəşviq edəcək”, – deyə o vurğulayıb.

Əsəd M. Xan qeyd edib ki, Azərbaycanın İƏT-innəqliyyat-logistika infrastrukturunun gücləndirilməsində rolu mühüməhəmiyyət daşıyır, çünki ölkə Avropa, Mərkəzi Asiya, Yaxın Şərq vəCənubi Asiya arasında vacib bağlantı halqası kimi çıxış edir:“Strateji tranzit qovşağı kimi Azərbaycan Şərq-Qərb (OrtaDəhliz/Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Şimal-Cənubkimi dəhlizlərin inkişafı vasitəsilə regional inteqrasiyanıgücləndirir. Bu təşəbbüslər İƏT ölkələri arasında iqtisadiəlaqələrin dərinləşməsinə və Şərqlə Qərb arasında fasiləsiz ticarətmarşrutlarının formalaşmasına töhfə verir”.

Baş katib bildirib ki, bu baxımdan Azərbaycanın nəqliyyatinteqrasiyasına töhfəsi İƏT regionunun Avropa ilə əlaqələrinin dahada möhkəmlənməsinə xidmət edəcək:

“Transxəzər dəhlizinin inkişafı Asiya ilə Avropa arasındatranzit müddətlərinin azalmasına və daşımaların həcminin artmasınaimkan verəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da daxilolmaqla liman infrastrukturunun genişləndirilməsi, eləcə də dəmiryolu və avtomobil şəbəkəsinin modernləşdirilməsi ölkənin yüklərindaşınması üçün əsas ‘qapı’ kimi mövqelərini möhkəmləndirəcək”.

Onun sözlərinə görə, Azərbaycanın texnoloji həllərin tətbiqinə,o cümlədən gömrük və nəqliyyat prosedurlarınınrəqəmsallaşdırılmasına, “vahid pəncərə” sistemlərinə və elektronsənəd dövriyyəsinə sadiqliyi sərhədlərarası ticarətin həcmininartmasına şərait yaradacaq.

“Yüklərin real vaxt rejimində izlənməsi, süni intellekt əsasındamarşrutların optimallaşdırılması və infrastrukturunproqnozlaşdırıcı texniki xidməti kimi ‘ağıllı’ logistika həllərinintətbiqi səmərəliliyi artıracaq və xərcləri azaldacaq. Bundan əlavə,Azərbaycan dəmir yollarının elektrikləşdirilməsi və enerji-səmərəlitexnologiyaların tətbiqi daxil olmaqla dayanıqlı nəqliyyatinfrastrukturunu inkişaf etdirir ki, bu da qlobal dayanıqlı inkişafməqsədlərinə uyğundur və regionun müasir, ekoloji məsuliyyətlinəqliyyat dəhlizi kimi cəlbediciliyini artırır”, – deyə Əsad M. Xanyekunlaşdırıb.

Məqalədə:
Избранный
12
1
az.trend.az

2Источники