RU

Unudaraq qida və ya su qəbul etmək orucu pozurmu?- ÖZƏL

Orucluqla bağlı ən çox müzakirə olunan mövzulardan biri də unudaraq qida və ya su qəbul etməyin orucu pozub-pozmamasıdır. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dinimizə görə oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur: "Bu barədə Məhəmməd Peyğəmbər (s) buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Taala yedirib-içirmişdir". 
Odur ki, oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar narahat olmasınlar, oruclarına davam etsinlər. Onların orucu pozulmur. Allah bütün dua və orucları qəbul etsin! Allah dövlətimizi, ölkə başçımızı və xalqımızı qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
3
olaylar.az

4Источники