Saç yumaq üçün şampun şərtdir, amma şampundan sonra saç kremi istifadə etmək nə dərəcədə vacibdir?
Pravda.az bildirir ki, saç kremi saçın kənar hissələrini qoruyur, nəmi saxlayır və telləri hamarlaşdırır.
Saç kremi əsasən silikonlar, yağlar və yumuşaldıcı maddələrdən ibarətdir. Bu tərkib saçdakı nəm itkisinin qarşısını alır və saçın daha asan daranmasına kömək edir.
Necə istifadə etməli?
Ekspertlər tövsiyə edir ki, kremi nəm, artıq suyu sıxılmış saçlara tətbiq edin və təxminən 2 dəqiqə saxlayın. Bu, saçın daha yaxşı nəmlənməsinə və parlaq olmasına kömək edir.
Hər yumadan sonra lazımdırmı?
Bəli, hər dəfə saç kremi istifadə etmək saçın yumşaqlığını və sağlam görünüşünü qoruyur.
Əminə Bayramova
Tarix: 23 Fevral 2026, 11:22