Misli Premyer Liqasının 21-ci turunun “Turan Tovuz”la oyunu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirib.
Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. Davit Premyer Liqada “Zirə” forması ilə ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.
Qeyd edək ki, Volkov turnirdə “Qəbələ” və “Sabah”da da çıxış edib.