ain.az, GlobalInfo saytına istinadən bildirir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edib.
Sabiq icra başçısı ötən ilin oktyabr ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ona AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.