RU

Oğluma nifrət edirəm İbrahim Tatlısəs

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli müğənni İbrahim Tatlısəs "Pazar gezmesi" proqramında övladlarının son günlər onun haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, Tatlısəs oğlu Ahmet və qızı Dilan Çıtak üçün hər şey etdiyini, lakin qarşılığında onlardan zərbə aldığını bildirib:

"Qohumun insana etdiyini əqrəb belə etməzmiş. Məni ən yaxınlarım vurur. Biri erkəkdir, biri də dişi (red. oğlu Ahmetlə, qızı Dilanı nəzərdə tutur). Bağırır ki, "Acun mənim əmim olsaydı". Nişantaşındakı dükanı ona mən açdım, maşın aldım. Bodrumda mağaza açdı, "ata, ortağıq" dedi. Hamısını mən etdim. Nə oldu? Ortada heç nə qalmadı. Allah insanı belə övladlardan qorusun.

Danışmıram, elə bilirlər ki, haqsız tərəfəm. Erkək olan üçün Manisada 5 mənzil aldım. Onları satdı. "Ailəmdir" deyir, bəs pullarını kimə verdin? Urfadakı bacılarına o puldan verdin? 3-5 ay olar ki, satılıb, 10 milyon pul etdi. Qızlara 5 qəpik pul da vermədi. Sənət nifrət edirəm, oğlum.

İdo və Mələk mənimlə maraqlanır. Urfadakı qızlarım Kəbəyə gedib mənim üçün dua edirlər. Kaş İdo və Mələk kimi 5 övladım olaydı".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
3
axsam.az

4Источники