ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
İraq Türkmən Cəbhəsindən (İTM) deputat Gülsel Məhəmmədin Kərkük şəhərindəki evinə silahlı hücum edilib. Məlumatı “Anadolu” yayıb.
Məlumata görə, Kərkükün mərkəzində parlament üzvünün evinin naməlum şəxslər tərəfindən atəşə tutulması nəticəsində ölən və ya yaralanan olmayıb. İraq Türkmən Cəbhəsinin sədri Məhəmməd Seman Ağa açıqlamasında millət vəkili Məhəmmədin evinə silahlı hücumu kəskin şəkildə pisləyib.
Ağa Kərkükdəki müvafiq təhlükəsizlik orqanlarını təcili və şəffaf araşdırma başlatmağa, məsul şəxsləri müəyyən etməyə və onları məsuliyyətə cəlb etməyə çağırıb: “Bu hücum Kərkük əyalətində təhlükəsizliyi və sabitliyi pozmaq üçün təhlükəli bir cəhddir və qanunun açıq şəkildə pozulmasıdır”.
Hazırda heç kim hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
P.ƏMİRCANOVXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.