RU

Gürcüstan polisi külli miqdarda metadon aşkar edib

Tbilisi, 23 fevral, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə və bölgələrində müvəqqəti narkotik laboratoriyası, narkotiklərin becərilməsi üçün nəzərdə tutulmuş 3 istixana və 28 kiloqrama yaxın metadon aşkarlanıb, saxlanılanlar var.

AZƏRTAC xəbər verir ki, bu barədə Acarıstan Polis Departamentinin direktoru Giorgi Buxraşvili keçirilən brifinqdə bildirib.

O deyib ki, saxlanılanlar Gürcüstan və xarici vətəndaşlardır.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları silah-sursat da müsadirə ediblər.

Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
1
1
azertag.az

2Источники