“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında ardıcıl doqquz oyundur qol vura bilmir.
İdman.Biz xəbər verir ki, bu, misirli futbolçunun kluba qoşulduğu vaxtdan bəri ən uzun qolsuz seriyasıdır.
Salah sonuncu dəfə noyabrın 1-də “Aston Villa” ilə matçda (2:0) fərqlənib. Son turda səfərdə “Nottinqem Forest" üzərində qazanılan qələbədə isə “Liverpul”a üç xalı Aleksis Mak Allisterin son dəqiqə qolu qazandırıb.
Start heyətində meydana çıxan Salah bu görüşdə də fərqlənə bilməyib. 2025/26 mövsümündə o, bütün turnirlərdə 27 oyunda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.