RU

Jurnalist müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir - Mətbuat Şurası

Bakı. Trend:

Jurnalist fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasınayönəlməli, ayrı-ayrı fərdlərin bir-birinə münasibətdəki xoşagəlməzhərəkət və davranışlarının, müxtəlif ədavət formalarınınyayılmasında alətə çevrilməməlidir. Jurnalist və media üçün başlıcaməqam ictimai motiv olmalıdır.

Trend xəbərverir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatda öz əksinitapıb.

Bildirilib ki, qurumun bunu təbliğ edən açıqlamalarınabaxmayaraq, təəssüf ki, bir çox hallarda, tamamilə, əks mənzərəmüşahidə edilir:

“Jurnalist və media orqanları bir-birinə qarşı duran tərəflərinsosial şəbəkələr vasitəsilə açıqladıqları məqamları işıqlandırarkənməsələni şəxsi həyatın toxunulmazlığı prizmasındanqiymətləndirməlidirlər. Həssas yanaşma və peşəkarlıq bunu tələbedir. Peşəkarlıq tələb edir ki, mübahisə tərəflərinin şəxsihəyatlarının nə dərəcədə ictimai məzmun daşıdığı, onların belə birstatusda olub-olmadıqları müəyyənləşdirilsin”.

Mətbuat Şurası xatırladıb ki, fəaliyyəti ictimai məzmun daşıyanşəxslərin şəxsi həyatlarına baxış fərqlidir. Eləcə də bukateqoriyadan olanları tənqidetmənin yol verilən hədləri dahagenişdir. Tənqid və təqdimatlar isə əsaslandırılmış olmalı, özündəlinç elementlərini, təhqir və böhtanı, hüquqi dövlət və sivilcəmiyyət normalarına zidd digər təmayülləri təbliğ etməməlidir:

“Əsas məsələ həm də tərəflərin mübahisə motividir. Jurnalist vəmedia orqanı, ilk növbədə, həmin motivin ictimai məzmundaşıyıb-daşımadığını, qərəzə söykənib-söykənmədiyini nəzərəalmalıdır. O da nəzərə alınmalıdır ki, media yayımı ictimaiəhəmiyyət kriteriyasına yalnız sağlamlıq və təhlükəsizliyinqorunması, cəmiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadəhallarından müdafiə olunması, toplumun əhəmiyyətli dərəcədə yanlışistiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması hallarındauyğun gəlir. Məişət məsələlərinin qabardılmasında, bəsitmübahisələrin, cəmiyyətin dinc və birgəyaşam normalarını təhdidedən eybəcərliklərin təqdimatında isə heç bir ictimai motiv yoxdurvə ola bilməz”.

Əlavə edilib ki, informasiya yayımçısı olan media orqanının vəjurnalistin bilgi bölüşən sosial şəbəkə istifadəçilərindən fərqicəmiyyətin maraq və mənafelərini üstün tutması, hadisə vəproseslərdə ictimai motivi düzgün qiymətləndirməsidir:

“Əgər jurnalist hansısa sosial şəbəkə istifadəçisinin qərəzə,şəxsi ədavətə hesablanmış paylaşımını olduğu kimi yayırsa, üstəlikhəmin paylaşımda adları çəkilən, amma mövzuya aidiyyatı olmayanşəxslərin foto görüntülərini bölüşürsə, deməli, qərəz və ədavətindərinləşməsində, eyni zamanda, şəxsi həyat prinsiplərininpozulmasında vasitəyə çevrilir.

Beləliklə, jurnalistin sosial şəbəkə istifadəçisindən fərqiitir. Bu isə medianın cəmiyyətdəki nüfuzuna zərbə vurur. Cəmiyyətmedia orqanını və ya jurnalisti yalan, yaxud qızışdırıcımahiyyətli, qərəzli bilgi yayan hansısa sosial şəbəkə profilisahibindən fərqləndirə bilmirsə, deməli, jurnalistikaya etibaryoxdur. Təəssüf ki, hazırda həm də belə bir durumun şahidiyik”.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən, media subyektlərinintəmsilçilərindən qeyd edilən məqamları ciddi şəkildə nəzərə almağa,“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayətetməyə, peşənin nüfuzunu yüksək tutmağa çağırıb.

Избранный
12
21
az.trend.az

10Источники