RU

ABŞ-də güclü qar çovğunu – Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub

Bakı. Trend:

ABŞ-nin şimal-şərq bölgəsində müşahidə olunan güclü qar çovğunuyüz minlərlə insanın güzəranına təsir edib. Nyu-Yorkda əlverişsizhava şəraiti ilə əlaəqdar fövqəladə vəziyyət elan olunub.

Trend bu barədəABŞ KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Nyu-York şəhəri, Rod-Aylend və Nyu-Cersiştatlarında səlahiyyətli qurumlar fövqəladə hallar istisna olmaqlauzaq səfərlərə qadağa tətbiq edib ki, bu da uçuşların kütləvişəkildə ləğvinə və ictimai nəqliyyatın fəaliyyətində ciddipozuntulara səbəb olub.

Çovğunun daha da güclənəcəyi proqnozlaşdırıldığından Nyu-York vəFiladelfiya da daxil olmaqla bir sıra ştat və şəhərlərdə fövqəladəvəziyyət elan edilib.

Milli Meteorologiya Xidməti 30–60 santimetr qar, məhdud görməşəraiti və güclü küləklər proqnozlaşdıraraq, tam görmə itkisi(whiteout) şəraitinin və uzunmüddətli elektrik enerjisikəsintilərinin mümkün olduğu barədə xəbərdarlıq ediblər.

Nyu-York və Boston şəhərlərində dövlət məktəblərində dərslərləğv edilib, Filadelfiyada isə təhsil onlayn formata keçirilib.Eyni zamanda Brodvey tamaşaları da daxil olmaqla çoxsaylımədəniyyət müəssisələri və tədbirlər bağlanıb və ya təxirəsalınıb.

Məqalədə:
Избранный
11
az.trend.az

1Источники