RU

Magistral yolların təhlükəsizliyinə kölgə salan çatışmazlıqlar nələrdir? Ekspert AÇIQLADI

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ölkədəki magistral yollar, bölgələri birləşdirən küçələr nəqliyyat sistemində mühüm yer tutur və şəhərləri, rayonları bir-birinə bağlayan əsas xətlər hesab olunur. Bu yollar iqtisadi inkişaf, yük və sərnişin daşımaları üçün böyük əhəmiyyət daşıyır. Lakin magistral yolların əhəmiyyəti artdıqca, burada baş verən problemlər də daha çox diqqət çəkir.

Avtosfer.az xəbər verir ki, son illər ölkənin magistral yollarında baş verən qəzaların sayı ciddi narahatlıq yaradır. Maraqlıdır ki, qəzalar təkcə paytaxtda deyil, magistral yollarda da paytaxtdakı kimi tez-tez baş verir. Bu isə magistral yolların təhlükəsizliyi məsələsini sual altına qoyur.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, magistral yollarda əsas problemlərdən biri yolların işıqlandırılması, həmçinin onların vaxtında yenilənmə və təmir ilə təmin olunmamasıdır:

“Müəyyən müddətdən sonra yollarda müxtəlif problemlər yarana bilər, çala-çuxurlar əmələ gəlir. Bu çala-çuxurlar ucbatından qəzalar baş verir. Bəzən isə magistral yolların qaranlıq olması səbəbilə qəza vəziyyəti yaranır. Bu iki əsas amil magistral yollarda çatışmayan cəhətlərdəndir. Yol nişanları da magistral yollarda kifayət qədər deyil, onların sayı artırılmalıdır. Xüsusilə məlumatverici və xəbərdaredici nişanlar çoxaldılmalıdır. Mən özüm də bölgələrə avtomobillə səfər edərkən görürəm ki, elə dolaylı yollar var ki, orada mütləq baryerlərin quraşdırılması vacibdir, amma biz həmin baryerləri görmürük”.

Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
avtosfer.az

1Источники