RU

"Bayern Münhen" "Real"ın legionerini heyətinə qatır

"Bayern Münhen" "Real Madrid"in legionerini heyətinə qatmaq qərarına gəlib.

Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, bu, uruqvaylı yarımmüdafiəçi Federiko Valverdedir. 

Almaniya nəhəngi 27 yaşlı oyunçunun "kral klubu"nun prezidenti Florentino Peres, komanda yoldaşları və azarkeşlər tərəfindən sevilməməsindən faydalanmaq niyyətindədir. Münhen təmsilçisi yay transfer dönəmində Federiko ilə müqavilə imzalamağı planlaşdırır.

Cari mövsüm "Real" forması ilə 35 matça çıxan Valverde 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Избранный
2
1
fanat.az

2Источники