RU

"ASAN xidmət" modelinin Ruandada tətbiqi istiqamətində iş aparılır

Bakı, 23 fevral, AZƏRTAC

“ASAN xidmət” modelinin beynəlxalq müstəvidə ixracı davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq 30-dan çox ölkə ilə ASAN modelinin təcrübə mübadiləsi və tətbiqi istiqamətində əməkdaşlıq müqavilələri mövcuddur. Onlardan 6-da “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir, digərlərində isə proses aparılır.

Ülvi Mehdiyev xatırladıb ki, bu ilin əvvəlində Pakistanda “ASAN xidmət” mərkəzinin açılışı olub. Uqanda və Efiopiyada “ASAN xidmət" mərkəzləri fəaliyyət göstərir. Ruanda ilə isə əməkdaşlıq istiqamətində iş aparılır.

 

Избранный
17
3
azertag.az

4Источники