RU

Mən diktator deyiləm Zelenski

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibə verib. 

"Unikal" xəbər verir ki, Zelenski müsahibəsində  ABŞ Prezidenti Donald Trampın onun diktator və Rusiya ilə münaqişənin arxasında duran şəxs adlandırması iddialarını rədd edib:

"Mən diktator deyiləm və müharibəni mən başlatmamışam, vəssalam". 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Volodimir Zelenski haqqında mübahisəli fikirlər səsləndirib. 

Hətta Tramp özünün "Truth Social" səhifəsində Ukrayna prezidentini tənqid edərək, onu "seçkisiz diktator" adlandırıb və reytinqinin 4%-ə düşdüyünü qeyd edib.

Zelenski özü bildirib ki, digər Qərb liderlərindən fərqli olaraq, amerikalı həmkarı Donald Trampdan qorxmur. O əlavə edib ki, Tramp da özü kimi ölkəsinin xalqı tərəfindən seçilib. Bu seçimə hörmətlə yanaşılmalıdır.

Gülayə Mecid 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
unikal.az

1Источники