RU

"Nyukasl"ın müdafiəçisi: Bizi "Qarabağ"la vacib oyun gözləyir

BAKI, 23 fevral. TELEQRAF

İngiltərənin "Nyukasl" klubunun futbolçusu Den Börn "Mançester Siti"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqa oyunundan sonra açıqlama verib.

Teleqraf-ın məlumatına görə, 33 yaşlı müdafiəçi komandasının çıxışı və qarşıdakı hədəfləri barədə danışıb.

“Qarşımızda nə qədər böyük bir fürsət olduğunu dərk edirik. Ardıcıl dörd səfər oyunundan üç qələbə ilə ayrıldıq. Səfərdəki performansımızla bağlı çox danışılırdı, amma düşünürəm ki, vəziyyəti kifayət qədər yaxşı tərəfə dəyişə bildik. Çərşənbə axşamı bizi "Qarabağ"la, daha sonra isə "Everton"la vacib oyunlar gözləyir. Yaxşı çıxış etmək üçün qarşıdakı hər iki oyunun öz meydanımızda olması sevindiricidir. Çünki öz stadionumuzdakı son oyunda məğlub olmuşduq, ona görə də indi bu vəziyyəti düzəltmək niyyətindəyik. Ən azı iki həftə səfərlərdən və hotellərdə qalmaqdan uzaq olmaq, yenidən güc toplamaq bizə yaxşı təsir edəcək”, - deyə Börn bildirib.

Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasındakı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu fevralın 24-də "Sent-Ceyms Park" stadionunda keçiriləcək. Komandalar arasında Bakıda baş tutan görüş "sağsağanlar"ın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
13
teleqraf.com

1Источники