Azərbaycan çempionatında son 9 mövsümün antirekordu təkrarlanıb.
Publika.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 21-ci turunda reallaşıb.
Turun beş oyununda beş qol vurulub. "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2, "Sabah" "Kəpəz"i 1 qolla məğlub edib. "İmişli" - "Şamaxı" matçında hesab açılmayıb. "Neftçi" – "Qarabağ" qarşılaşması isə təxirə salınıb.
Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1,00-a bərabər olub. Orta məhsuldarlığın 1,00 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün 12-ci turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub.
Bu, mövsümün yeni antirekordudur. Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu. Orta məhsuldarlıq 1,33-ə bərabər idi.