RU

Oyundan sonra Neymar formamı ona verməyimi xahiş etdi Sabiq rusiyalı hücumçu

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Məndə Neymarın imzalı futbolkası var idi. Biz "Stemford Bridc"də Braziliya yığması ilə oynayanda 11 nömrəli formanı geyinmişdim. Neymar da həmçinin. Oyundan sonra formamı ona verməyimi xahiş etdi".

Fanat.Az xəbər verir ki, bu sözləri "YouTube" üzərindən yayımlanan "Fonbet"ə açıqlamasında sabiq rusiyalı futbolçu Aleksandr Kerjakov deyib.

"Zenit", Moskva "Dinamo"su və "Sevilya"nın uğurları üçün çalışmış veteran hücumçu Rusiya seçməsinin heyətində Londonda Braziliyaya qarşı keçirdikləri yoldaşlıq görüşündən sonra baş verənləri yada salıb: "Bəlkə də Neymar 11 nömrəli formanı geyinən rəqib oyunçuların formalarını yığırdı. Matçın ardından Braziliya millisinin nümayəndəsi paltardəyişmə otağına gəlib dedi: "Sizin "11 nömrə" kimdir? Kerjakovdur? Neymar onun formasını istəyir". Onu eşidincə formanı soyunub verdim. Həmin şəxs də futbolkanı imzalamağımı xahiş etdi. Neymar da özününkünü mənə vermişdi. Evdən kimsə oğurladı".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
fanat.az

2Источники