"Turan Tovuz"un futbolçusu Filip Ozobiç Misli Premyer Liqasında 70-ci qolunu vurub. 

Offsideplus.az xəbər verir ki, o, XXI turun "Zirə' ilə oyununda bunu bacarıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçinin qol göstəriciləri aşağıdakı kimidir:

  • "Qəbələ": 16 qol

  • "Qarabağ": 35 qol

  • "Neftçi": 15 qol

  • "Turan Tovuz": 4 qol

2016/2017 mövsümündən bəri Azərbaycanda çıxış edən Ozobiç, turnir tarixində 70 və daha çox qol vuran 23-cü futbolçu kimi adını tarixə yazdırıb.