Fövqəladə hallar nazirliyində iki müavinin azad edilməsi rəsmi təsdiqlənib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu dəqiqələrdə vəzifələrindən azad edilən Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Etibar Mirzəyevin və digər nazir müavini Orucəli Hacıyevin adları nazirliyin rəsmi portalının rəhbər şəxsləri sırasından çıxarılıb.
Qeyd edək ki, hər iki nazir müavinin işdən azad edilməsi xəbərini eksklüziv olaraq Manset.az xəbər portalı yayımlamışdı.