RU

"Kəpəz"in bıçaqlanan futbolçusu martın sonlarında məşqlərə başlaya biləcək

"Kəpəz"in bir müddət əvvəl bıçaqlanan futbolçusu Veysəl Rzayev martın sonlarında məşqlərə başlaya biləcək.

AzNews.az Report.az-a istinadən xəbər verir ki, oyunçunun bərpa müddəti yubanır.

Onun Gəncə təmsilçisindəki taleyi ilə bağlı da qərar verilməyib. V.Rzayev məşqlərə qayıdandan sonra onun komandadakı taleyi bəlli olacaq.

Baş məşqçi Azər Bağırov futbolçunun taleyinə "Sabah"la oyundan sonra aydınlıq gələcəyini bildirsə də, həkimlərin son rəyi planları dəyişib.

Избранный
3
4
aznews.az

5Источники