RU

“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? FOTOLAR

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlərdə paytaxtın Nəsimi rayonu ərazisində - Şamaxinka adlanan yerdə AYNA tərəfindən hərəkət istiqamətlərinin dəyişdirilməsi və yeni svetaforların qoyulmasına baxmayaraq ərazidə sıxlıq və tıxac azalmayıb.

Avtosfer.az əbər verir ki, 20 Yanvar və Asif Məhərrəmov küçələrində qanunsuz fəaliyyət göstərən taksilərin yaratdığı xaos hələ də davam edir.

Belə ki, yolun hərəkət hissəsində dayanaraq müştəri axtaran taksilər digər hərəkət iştirakçılarının, minik avtomobillərinin və avtobusların hərəkətinə ciddi çətinlik yaradır.

Bbu ərazidən Xırdalan, Masazır, Biləcəri və digər ərazilərə hərəkət edən iritutumlu avtobuslar, eləcə də 9-cu və 4-cü mikrorayonlara gedən marşrut avtobusları sıx istifadə edir. Qanunsuz taksilər isə normal hərəkəti pozmaqla hərəkət intensivliyinə problemlər yaradır.

Ərazidən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
avtosfer.az

1Источники