“Milan”ın futbolçusu Ruben Loftus-Çik zədələnib.
Msport.az xəbər verir ki, o, “San Siro”da “Parma” ilə matçda (0:1) sıradan çıxıb.
İngiltərə millisinin yarımmüdafiəçisi matçın 11-ci dəqiqədə zədə alıb. O, meydanı xərəkdə tərk edib. Loftus-Çikin alveolyar sümüyündə sınıq var. O, əməliyyat olunacaq.
Qeyd edək ki, Loftus-Çik bu mövsüm bütün turnirlərdə 27 matça çıxıb, 3 qol vurub və 1 qolun ötürməsini verib.