RU

Məhəmməd Salahdan antirekord

İngiltərə Premyer Liqasının (İPL) 27-ci turunda səfərdə "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub edən "Liverpul"un cinah hücumçusu Məhəmməd Salah "qırmızılar"ın azarkeşlərini sərgilədiyi performansla məyus edir.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, misirli legioner ardıcıl 9 oyundur ki, İPL-də qol vura bilmir.

Bu, Salahın İngiltərə çempionatındakı ən uğursuz seriyasıdır. O, son olaraq noyabrın 1-də, "Aston Villa"nı 2:0 hesabı ilə yendikləri qarşılaşmada rəqib qapısına yol tapıb.

Qeyd edək ki, hazırda "Liverpul" İPL-in turnir cədvəlində 45 xalla 6-cı pillədə mövqe tutub.

Toğrul

Избранный
5
1
fanat.az

2Источники