Hindistan vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hindistan hökuməti İranda yaşayan və çalışan vətəndaşlarına təcili müraciət ünvanlayıb.
Rəsmi Dehli Hindistan vətəndaşlarını regionda artan təhlükəsizlik riskləri ilə əlaqədar olaraq İran ərazisini dərhal tərk etməyə çağırıb.
Xəbərdarlıqda həmçinin vətəndaşlara növbəti bildirişə qədər İrana səfər etməmək tövsiyə olunub.
Hazırda bu ölkədə olan şəxslərdən isə yerli Hindistan səfirliyi ilə əlaqə saxlamaları və təxliyə imkanlarını nəzərdən keçirmələri istənilib.
Bu qərar ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları barədə yayılan məlumatlar və bölgədə hərbi gərginliyin pik həddə çatması fonunda verilib.
Bundan əvvəl Almaniya da öz vətəndaşlarına bənzər xəbərdarlıq etmişdi.

Xuraman Etibarlı
İnterpress.az