RU

ABŞ-İran danışıqlarına Qrossi də qoşulacaq

Bu barədə İranın "ISNA" xəbər agentliyi ölkənin adı çəkilməyən diplomatına istinadənməlumatyayıb. Eyni zamanda, bir daha təsdiqlənib ki, İran-ABŞ danışıqlarının üçüncü mərhələsi Omanın xarici işlər naziri Bədr Əl-Busəidinin vasitəçiliyi ilə bu ölkənin Cenevrədəki səfirliyində baş tutacaq.
NYT:"İran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır"

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Tərəflərin nümayəndə heyətləri axırıncı dəf fevralın 17-də məhz Cenevrədə danışıqlar aparıblar; həmin görüşə Rafael Qrossi də qoşulub. Fevralın 19-da isə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib; əks təqdirdə, İrana zərbə endiriləcəyinə diqqətə çatdırıb. Danışıqların növbəti mərhələsi isə fevralın 26-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Firudin Həmidli
AzVision.az
Избранный
15
azvision.az

1Источники