RU

® Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin həkimləri “Kardiometabolik və nadir xəstəliklər” konqresində

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov, Kardiologiya şöbəsinin invaziv kardioloqları - Emin Hacıbalayev, Emin Allahverdiyev, Şəhla Ağayeva və həkim-rezidentlər Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələri üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Kardiometabolik və nadir xəstəliklər” konqresində iştirak ediblər.

Konqres çərçivəsində kardiometabolik sindrom, ürək-damar xəstəlikləri, şəkərli diabetin ürək-damar sisteminə təsiri, nadir genetik patologiyalar, erkən diaqnostika və müasir müalicə yanaşmaları mövzularında elmi məruzələr təqdim olunub, klinik protokollar və beynəlxalq təcrübə müzakirə edilib. Mərkəzi Gömrük Hospitalının həkimləri panel müzakirələrində iştirak edərək öz klinik təcrübələrini bölüşüb, multidisiplinar yanaşmanın əhəmiyyəti və pasiyentyönümlü müalicə strategiyaları barədə fikirlərini səsləndiriblər.

Konqresdə kardiometabolik risk faktorlarının erkən aşkarlanması, nadir xəstəliklərin diaqnostikasında innovativ metodlar, invaziv və qeyri-invaziv müalicə üsulları və profilaktik tədbirlərin gücləndirilməsi mövzuları geniş müzakirə olunub.

Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
azertag.az

3Источники