RU

Aİ sığınacaq müraciətləri üçün "təhlükəsiz ölkələrin" siyahısını təsdiqləyib



Avropa İttifaqı (Aİ) Şurası sığınacaq müraciətlərinin işlənməsini sürətləndirməyə yönəlmiş və "təhlükəsiz üçüncü ölkə" sisteminin və Aİ miqyasında "təhlükəsiz mənşə ölkələrinin siyahısı"nın yaradılmasını nəzərdə tutan qaydaları rəsmi olaraq təsdiqləyib.
Rəsmi təsdiqlə bağlı Aİ Şurası tərəfindən yazılı açıqlama verilib.

Bəyanata görə, Aİ-nin miqrasiya və sığınacaq sistemini daha uyğun və effektiv hala gətirməyi hədəfləyən yeni qaydalar və Aİ-də müəyyən edilmiş "təhlükəsiz mənşə ölkələrinin siyahısı" üzv dövlətlərə bu ölkələrin vətəndaşları tərəfindən edilən beynəlxalq qorunma müraciətlərini daha tez və səmərəli şəkildə qiymətləndirməyə kömək edəcək.
Yeni siyahıya əsasən, Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosovo, Mərakeş və Tunis AB səviyyəsində "təhlükəsiz mənşə ölkələri" kimi təyin edilib.

Bundan əlavə, müəyyən şərtlər yerinə yetirilmədikdə, AB namizəd ölkələri də "təhlükəsiz mənşə ölkələri" hesab ediləcək.

Bu şərtlərə namizəd ölkədə beynəlxalq və ya daxili silahlı münaqişənin olması, fundamental hüquq və azadlıqlarla bağlı AB sanksiyalarının tətbiqi və ya üzv dövlətlərdə namizəd ölkə vətəndaşları üçün müsbət sığınacaq qərarlarının faizinin 20%-dən çox olması daxildir.
Üzv dövlətlər həmçinin milli səviyyədə əlavə təhlükəsiz ölkələrin öz siyahılarını hazırlamağa davam edə bilərlər.


aia.az
Tərcümə şöbəsi



Избранный
8
aia.az

1Источники