RU

Zərgərlikdən veb dizayna qədər: Əmək bazarının tələb etdiyi ixtisaslar bir mərkəzdə FOTOREPORTAJ

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin məqsədi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta və tam orta təhsil bazasında mədəniyyət və sənətkarlıq sahələri üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, hazırda mərkəzdə zərgər, ağac nəqqaşı, aşpaz, bərbər, qrimçi-pastijor, qənnadçı-şirniyyatçı, kinomontajçı, videoçəkiliş üzrə operator, səs və işıq operatoru, florist, tədbir təşkilatçısı, kompüter operatoru, media və audiovizual texnologiyaların istismarı, veb-dizayner və proqram təminatçısı, xalçaçı, kostyum ustası və dərzi, saç və gözəllik ustası, moda dizayneri və digər ixtisaslar mövcuddur.

Bu ixtisaslar arasında yer alan qrimçi-pastijor, zərgər və vitraj ustası kimi sənət sahələri yaradıcılıqla yanaşı, yüksək dəqiqlik və peşəkar bacarıq tələb edir. Hər bir istiqamət tələbələrə həm nəzəri bilik, həm də praktiki təcrübə qazandıraraq onları əmək bazarına hazırlayır.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
oxu.az

1Источники