RU

Çexiyanın mədəniyyət naziri qəzaya düşüb

Çexiyanın mədəniyyət naziri qəzaya düşüb

Çexiyanın mədəniyyət naziri Oto Klempirj Praqada baş vermiş yol-nəqliyyat hadisəsindən sonra xəstəxanaya yerləşdirilib.

AFN.az xəbər verir ki, bu barədə "Idnes" xəbər portalı nazirliyin mətbuat katibi Barbora Ştyastnaya istinadən məlumat yayıb. Mətbuat katibinin sözlərinə görə, nazirin vəziyyəti hazırda qənaətbəxş deyil və o, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə Mərkəzi Hərbi Hospitala aparılıb.

Hadisə bazar ertəsi səhər saatlarında baş verib. Nazirin xüsusi siqnallarla təchiz edilmiş xidməti avtomobili digər minik maşını ilə toqquşub. Zərbənin gücündən avtomobildəki təhlükəsizlik yastıqları açılıb.

Qəzanın dəqiq səbəbləri və digər sürücünün vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib. Polis faktla bağlı araşdırmalara başlayıb.

Избранный
11
afn.az

1Источники