RU

Ali Məhkəmənin kollegiya sədri: Süni intellekt hakimi əvəz edə bilməz

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 fevral, Günel Türksoy, AZƏRTAC

Qərar verən əsas subyekt hakimdir, süni intellekt isə yalnız yardımçı vasitə kimi çıxış edir. Çünki qərar layihələrinin qəbulu zamanı insana xas olan ədalət hissi, humanizm və mütənasibliyin qiymətləndirilməsi kimi xüsusiyyətlər həlledici rol oynayır. Bu baxımdan, süni intellekt hakimi əvəz edə bilməz.

Bunu AZƏRTAC-a açıqlamasında Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev bildirib.

O deyib ki, süni intellektin tətbiq imkanları hakimlər üçün qərarların hazırlanması prosesində faydalı ola bilər: “Xüsusilə beynəlxalq təcrübənin öyrənilməsi, müəyyən hüquqi məsələlər üzrə yanaşmaların araşdırılması, qanunvericiliyin təhlili, eləcə də Plenum qərarlarının hazırlanması zamanı süni intellektdən səmərəli şəkildə istifadə etmək mümkündür. Bununla yanaşı, hakimlərin fəaliyyətinin optimallaşdırılması baxımından da süni intellektin tətbiqi əhəmiyyətlidir. Hazırda tam elektron icraata keçidin təmin olunması istiqamətində işlər aparılır ki, bu da gələcəkdə süni intellekt proqramlarının hazırlanmasını və tətbiqini daha da asanlaşdıracaq. Məhkəmə idarəçiliyi sahəsində də süni intellektin tətbiqi faydalı hesab olunur. Belə ki, statistik təhlillərin aparılması, hakimlərin iş yükünün hesablanması, fəaliyyətlərinin qiymətləndirilməsi, iddia ərizələrinin və vəsatətlərin hazırlanması, həmçinin məhkəmə qərarlarının proqnozlaşdırılması istiqamətində bu texnologiyanın istifadəsi səmərəli nəticələr verə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
3
azertag.az

4Источники