RU

Mirzoyan: Bakı və İrəvan ən çətin yolu seçdi

BAKI, 23 fevral. TELEQRAF

“Onilliklər davam edən şiddətli münaqişədən sonra Ermənistan Azərbaycanla birlikdə bölgəmizdə davamlı sülhün bərqərar olması üçün qətiyyətli addımlar atıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasında deyib.

“Keçən il Vaşinqtonda keçirilən sülh sammiti təkcə ölkələrimiz arasında sülhü bərqərar etməklə kifayətlənmədi, həm də ticarət, kommunikasiya və insanlararası əlaqələr üçün yol açdı. Hökumətlər arasında razılaşmalardan kənara çıxan bu yolu seçməklə biz həm də cəmiyyətlərimiz arasında əsl dialoq və etimad toxumları səpirik. Münaqişənin ağrılı humanitar nəticələri hələ də həll olunmasa da, uzaq-yaxın keçmişin yaraları davam etsə də, biz çətin - barışıq yolunu seçmişik”, - nazir vurğulayıb.

Ararat Mirzoyan əlavə edib ki, Ermənistan sülh yoluna qətiyyətlə sadiq qalır, sülhün institutsionllaşdırılması münaqişənin nəticələrinin həlli üçün daha əlverişli mühit yarada bilər.

Избранный
6
teleqraf.com

1Источники