RU

Təsviri incəsənət müəllimləri üçün sertifikasiya sualları - NÜMUNƏ 

"İmtahanda təqdim olunan tapşırıq nümunələri ümumtəhsil məktəblərində istifadə edilən dərslikləri tam şəkildə əhatə edir".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən təsviri incəsənət fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə təşkil edilən vebinarda Bakı şəhəri 220 nömrəli məktəb-liseyin təsviri incəsənət müəllimi, “İlin müəllimi”, “Qabaqcıl təhsil işçisi” adlarına və “Tərəqqi” medalına layiq görülmüş Xatirə Xudiyeva qeyd edib.

Eyni zamanda, təsviri incəsənət fənni üzrə təhsilverənlərin sertifikasiyasının qiymətləndirilməsi çərçivəsinə bir daha nəzər salınıb. Qeyd olunub ki, çərçivədə bölmələr və hər bölmə üzrə mövzular konkret şəkildə müəyyən edilib.

Təsviri sənətin növləri, tarixi və xarakterik xüsusiyyətləri” bölməsinə təsviri incəsənətin beş əsas növü daxildir. Vebinar zamanı bu istiqamətdə müəllimlərin bilməli olduqları əsas anlayışlar və mövzular barədə də məlumat verilib.

Vebinarın sonunda isə müəllimlər üçün test nümunələri də təqdim olunub.

Избранный
17
1
azedu.az

2Источники