RU

Folker Türk: “Hökmranlıq uğrunda mübarizə güclənib”

AzVision.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk belə deyib.

“Qlobal səhnədə son 80 ildə görünməmiş sürətlə və intensivliklə hakimiyyət, nəzarət və resurslar uğrunda şiddətli mübarizə gedir”,- yüksək vəzifəli məmur BMT-nin İnsan Hüquqları Şurasının (BMTİHŞ) 61-ci sessiyasının açılışında bildirib.

Onun sözlərinə görə, dünyada baş verən hadisələr“dominantlıq və üstünlüyün”qurulması istiqamətində“dərin narahatlıq doğuran bir tendensiyanı”əks etdirir. Bəzi dünya liderlərinin ritorikasının arxasında onların qanundan və BMT Nizamnaməsindən üstün olduqlarına inam dayanır.

- Onlar nəyin bahasına olursa olsun öz məqsədlərinə çatmaq üçün müstəsna statusa, müstəsna təhlükəyə və ya müstəsna mənəvi mühakiməyə müraciət edirlər. Əgər onlar özləri bunun nəticələri ilə üzləşməyəcəklərsə, niyə də cəhd etməsinlər?”,- Folker Türk vurğulayıb.

Xatırladaq ki, BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası fevralın 23-də öz işinə başlayıb və martın 31-dək davam edəcək. İclasda Andorra, Belarus, Bolqarıstan, Honduras, Liberiya, Liviya, Malavi, Maldiv adaları, Marşal adaları, Monqolustan, Panama, Xorvatiya və Yamaykada insan hüquqları vəziyyətinin dövri icmallarının nəticələri təqdim olunacaq.

Sahil İsgəndərov
AzVision.az
Избранный
25
1
azvision.az

2Источники