Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İngiltərənin "Strategic Culture" adlı internet saytında yayımlanan təhlildə rəsmi Londonun Ukraynadakı münaqişənin davam etməsinə fokuslandığı iddia olunub.
"Cebheinfo.az" xəbər verir ki, yazıda İngiltərənin Avropada Rusiyaya qarşı düşmənçiliyi körüklədiyi irəli sürülüb.
“Strategic Culture”da dərc olunan qiymətləndirmədə bildirilib ki, keçmiş imperiya olan İngiltərə Avropada Rusiyaya qarşı düşmənçiliyin alovlandırılmasında əsas rol oynayır.
Təhlildə ehtimal olunan sülh sazişi halında Ukraynada “təhlükəsizlik zəmanəti” kimi ingilis və fransız hərbçilərinin yerləşdirilməsi təklifinin razılaşmanı pozmağa yönəldiyi iddia edilib.
Moskvanın NATO hərbçilərinin Ukraynada yerləşdirilməsini qəbuledilməz və danışıqlara açıq olmayan məsələ kimi qiymətləndirdiyi xatırladılıb.
İngiltərənin sabiq baş naziri Boris Conson daha əvvəl verdiyi açıqlamada Moskvanın atəşkəs qərarını gözləmədən dərhal Ukrayna ərazisinə hərbçilərin göndərilməsinə çağırmışdı.
Conson Avropa hərbçilərinin Ukraynada döyüşdənkənar vəzifələr icra edə biləcəyini bildirmişdi.
“Strategic Culture”ın təhlilində Consonun bu çağırışı da İngiltərənin münaqişəni sona çatdırmaqdan çox, davam etdirmək mövqeyinin göstəricisi kimi şərh olunub.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.