RU

Müdafiə Nazirliyinin "İstirahət evi"ndə rüşvət işi: “Pulları Haqverdiyevə otağında verdim”

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Emil Xankişiyev ittiham aktını elan edib.

İttihama görə, İlham Haqverdiyev Müdafiə Nazirliyin "İstirahət evi"nin rəisi vəzifəsində xidmətdə olarkən bir qrup mülki şəxsi rüşvət almaqla işə götürüb.

"İstirahət evi"nin Maddi təminat bölməsinin rəisi kapitan Muraz Həsənov Etibar Seyranovun orada işləyən qohumu vasitəsi ilə aldığı 2500 manatı İlham Haqverdiyevə çatdırıb. Bundan sonra Seyranov işə qəbul edilib.

Yeganə Abdulvahabovanın xadimə işinə qəbul olunması üçün 1500 manat istənilib. Amma Abdulvahabova həmin məbləğə imkanı çatmadığını orada işləyən qohumu vasitəsi ilə Muraz Həsənova çatdırıb. Həsənov da bu məsələni Haqverdiyevə deyib. Abdulvahabovanın 1000 manat müqabilində işə qəbul olunmasına razılıq əldə olunub.

Избранный
11
1
publika.az

3Источники