Əli Sistani ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi ilə bağlı sərt mövqe nümayiş etdirib.
Vətəninfo.az xəbər verir ki, məlumata görə, Sistaninin nümayəndəsi ilə Mohammad Kazem Al-Sadeq – İranın Bağdaddakı səfiri arasında keçirilən görüşdə Tehrana şifahi mesaj çatdırılıb. Mesajda bildirilib ki, əgər ABŞ İrana hücum edər və İranın ali rəhbəri Əli Xameneyi zərər görərsə, İraqdakı Amerika qüvvələrinə qarşı “cihad” elan oluna bilər.
Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, bu mesaj Vaşinqtona açıq xəbərdarlıq xarakteri daşıyır.
Məsələ ilə bağlı rəsmi Vaşinqton və ya Tehran tərəfindən hələlik açıqlama verilməyib.