“Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketi hazırdır”.
Redaktor.az xəbər verir ki, bu barədə Jan-Noel Barro Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirlərinin görüşündə bildirib.
“20-ci sanksiya paketi hazırdır. Məsələ onun təsdiqlənib-təsdiqlənməməsində deyil, buna əmin ola bilərsiniz, məsələ nə vaxt təsdiqlənəcəyindədir. Və bu baxımdan hər bir (Aİ üzvü) öz öhdəliklərini yerinə yetirməlidir”, – deyə o vurğulayıb.
Barro əlavə edib ki, fevralın 24-də, Ukraynada Rusiya hərbi əməliyyatının başlamasının dördüncü ildönümündə Emmanuel Makron Parisdə “Ukraynada sülhün təmin edilməsi üçün qüvvələrini birləşdirən 30-dan çox ölkənin gördüyü tarixi işi daha da irəli aparmaq” məqsədilə “könüllülər koalisiyası”nı toplayacaq.
Brüsseldə keçiriləcək görüşdən əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, nazirlər Rusiyaya qarşı 20-ci sanksiya paketini müzakirə edəcəklər. Lakin onun sözlərinə görə, Macarıstanın mövqeyi səbəbindən paketin fevralın 23-də qəbul edilməsi ehtimalı azdır.
Aminə ŞAHSUVARQIZI