RU

ABŞ qoşunlarının Suriyadan çıxarılma müddətiaçıqlandı

Amerika Birləşmiş Ştatları və müttəfiqləri Suriyadakı hərbi kontingentin çıxarılmasını bir ay ərzində başa çatdırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Syria TV" Dəməşqdəki hökumət mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ hərbçiləri hazırda ölkənin şimal-şərqində yerləşən “Kasrak” döyüş dəstək bazasını tərk edirlər. Bildirilib ki, ABŞ hərbçilərinin Suriyadakı sayı 1000 nəfəri keçmir və çıxarılma prosesi 20-30 gün ərzində tamamlanacaq.

Jurnalistlərin məlumatına görə, hazırda şəxsi heyət və hərbi texnika ilə dolu karvanlar İraq istiqamətində hərəkət edir.

Nuriyyə NATİQQIZI

Избранный
3
redaktor.az

1Источники